İsmayıllıda könüllülər "Pray for Gandja" adlı guşə hazırlayıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin Gənc Könüllüləri ermənilərin Gəncə şəhərində törətdiyi terror hadisələrindən bəhs edən "Pray for Gandja" adlı guşə hazırlayıblar.
APA TV-nin yerli bürosunun xəbərinə görə gənc könüllülər Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raket nəticəsində baş vermiş terror hadisəsi və faciə qurbanlarının fotolarını çap edərək guşəyə yapışdırıblar.
Məqsəd Gəncə hadisələrini İsmayıllı sakinlərinin və rayona gələn qonaqların diqqətinə çatdırmaq, onlara ətraflı məlumatlar verməkdi.
Könüllülər terror hadisələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 4 dildə: Azərbaycan, rus, ingilis və fransız dillərində məlumatlar səsləndiriblər.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
20:20
732
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
742
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1331
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1505
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1460
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
975