İsmayıllıda itlərin hücumuna məruz qalan 36 yaşlı kişi ölüb
İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə bu gün rayonun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllüdlü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb. İtlərdən biri onun bədənini dişləyərək ağır xəsarətlər yetirib.
Hadisə zamanı tək olduğu üçün qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində dünyasını dəyişib.
Onun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
17:58
224
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
249
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
254
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2166
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2104
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3234