İsmayıllıda evdən oğurluq edən keçmiş məhkum saxlanıldı
İsmayıllıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Polis Şöbəsinə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Bu zaman zərərçəkmişə məxsus evdən mirvari boyunbağının, qol saatının və digər əşyaların oğurlandığı müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyən olunub.
O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
641
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
631
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
645
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
332
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
327
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
336