İsmayıllıda avtomobil oğrusu saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini Əhmədov Elvin Musa oğlu ona məxsus 90-FB-203 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra avtomobil öz sahibinə qaytarılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Şıxıyev Əziz Azər oğlu olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırma zamanı Əziz Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu idarə edə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"