İsmayıllıda 18 yaşlı oğlan həmyaşıdını öldürdü
İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı şəhər sakini 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Talıstan kənd sakini olan həmyaşıdı Musayev Fərid Mehdi oğlunu bıçaqlayıb.
Ürək nahiyəsindən xəsarət alan Fərid Musayev hadisə yerində dünyasını dəyişib. Qətli törədən Səxavət Məsimli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:58
651
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
655
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
685
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2212
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2155
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3275