İşlədiyi mağazada 15 min manatlıq paltar satıb pulunu mənimsədi
Paytaxtın Nəsimi rayonunda brend geyim əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə Nəsimi Rayon Polis İdarəsinə müraciət edən mağaza direktoru 2019-cu ilin iyun-avqust ayları ərzində obyektdən ümumi dəyəri 15 min manat olan 30 ədəd geyim əşyasının gizli yolla talandığı barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, geyim əşyaları mağazanın satış təmsilçisi Çingiz Rəhimov tərəfindən müxtəlif vaxtlarda dəyərindən ucuz qiymətə satılıb. O, malları satandan sonra əldə etdiyi pul vəsaitlərini kassaya daxil etməyərək mənimsəyib.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Ç.Rəhimov ifadəsində mağaza rəhbərliyi ötən yay istirahətdə olan zaman bu üsulla obyekdən oğurluq etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib