İş yoldaşını döyə-döyə öldürdü - NEFTÇALADA AMANSIZ QƏTL

 

Neftçalada dəhşətli qətl törədilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Neftçala şəhərində yerləşən şadlıq saraylarının birinin arxasında meyit aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti aşkar edilən şəxs Bankə qəsəbə sakini, 1970-ci il təvəllüdlü Əliyev Mahir Abbas oğlu ötən gecə iş yoldaşı tərəfindən qətlə yetirilib. Hadisəyə səbəb Mahirin toyda yeyib-içdiyi topdansatış müəssisəsində fəhlə kimi birgə çalışdığı Saleh Ələkbərovla aralarında yaranan mübahisə olub: “İşdən gəlib evinə, təmiz, səliqəli paltarını geyinib, işlədiyi mağazadan 50 manat götürüb, gedib toya, iş yoldaşı ilə oturub. Yeyiblər, içiblər, nə sözləri olub, Allah bilir. Toyda oynayıb, 11-ə işləmiş həmin adam bunu sürüyə-sürüyə aparıb restoranın yaxınlığına, qaranlıqda bunu al qanına bələyib, vəhşicəsinə döyüb. Gözün partladıb, ciyərinə təpik vurub dağıdıb, qabırğalarını sındırıb, sifətini tanınmaz hala salıb”. Qətlli törədən Saleh Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ehtimal var ki, hadisədə daha bir nəfər də iştirakçı olub. Qətldə küt alətdən istifadə olunub. Faktla bağlı Nefçala prokurorluğu tərəfindən cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR