İranda spirtli içkidən ölənlərin sayı 796 nəfərə çatıb
İranda spirtli işçidən zəhərlənənlərin sayı kəskin artıb.
APA TV xəbər verir ki, İranda koronavirus (COVID-19) infeksiyasının aşkarlanmasından sonra keçən müddət ərzində ölkədə 4 mindən çox insan spirtli içkidən zəhərlənmə ilə xəstəxanalara müraciət edib. Onlardan 796 nəfəri ölüb, 90 nəfəri görmə qabiliyyətini itirib.
Məlumatda bildirilir ki, İran mətbuatı dünən spirtdən ölənlərin sayının 728 nəfər olduğunu yazmışdı.
O da qeyd olunur ki, spirtli içki qəbulunun virusu məhv etdiyinə inanan şəxslər COVID-19-a yoluxmamaq üçün alkoqollu içki içirlər.
Xatırladaq ki, ötən il İranda cəmi 66 nəfər spirtli içkidən zəhərlənərək ölüb.
OXŞAR XƏBƏRLƏR
16:28
277
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
385
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2413
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2286
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2277
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1467