İranda 6 yaşlı uşaq koronavirusdan öldü
İranda 6 yaşlı uşaq koronavirus infeksiyasından ölüb.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.
İran Prezidenti Həsən Ruhani isə epidemiyadan ölüm səviyyəsinin aşağı düşdüyünü bəyan edib. Onun sözlərinə görə, müxtəlif əyalətlərdə pasiyentlərin xəstəxanalara qəbulunda da azalma var.
Həsən Ruhani bildirib ki, əsas məsələ küçəyə çıxan insanların sayının azalmasına nail olmaqdır: “Əgər evdə on nəfər varsa, nəsə almaq üçün onlardan yalnız birinin küçəyə çıxması lazımdır” – deyə Prezident tövsiyə edib.
Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma bu il fevralın 19-da Qum şəhərində qeydə alınıb. Ümumilikdə ölkədə indiyədək koronavirusdan 1934 nəfər dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib