İnsan Haqları Klubunun sədri Rəsul Cəfərova bəraət verildi – TƏZMİNAT ALACAQ
Bu gün Ali Məhkəmənin plenumunda İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə verilən şikayətə baxılıb.
APA TV-nin məlumatına görə, prosesdə qərar elan olunub. Qərarə əsasən, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Rəsul Cəfərovun vəkili Fariz Namazlının sözlərinə görə, Ali Məhkəmənin qərarı ilə mənəvi zərərə görə hüquqlarını müdafiə etdiyi şəxsə 57 400 manat təzminat da ödənəcək.
Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Bakı Apellyasiya Məhkəməsində Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb.
Xatırladaq ki, Rəsul Cəfərov Prezident İlham Əliyevin 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı