İnsan alveri ilə mübarizə mövzusunda dəyirmi masa keçirilib
Beynəlxalq Miqrasiya Təşkilatı və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə "Azərbaycanda insan alveri ilə mübarizədə səmərəli müdafiə vasitələrinin gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.
APA TV-nin məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Ramil Kazımov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə və digər ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Ramil Kazımov qeyd edib ki, yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb edən şəxslər Cinayət Məcəlləsinin 171-ci maddəsinə əsasən dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
“Ana övladını fahişəliyə cəlb edirsə, bu, hər bir halda cinayətdir. Təbii ki, onun barəsində cinayət işi də başlanacaq, təqsirləndirilən şəxs qismində də veriləcək, məhkəməyə də göndəriləcək. İnsan alverinin baş verməməsi üçün təbii ki, profilaktika lazımdır. Profilaktikaya aid olan məsələlərdən biri də qadınların və uşaqların təhlükəsizliyinin gücləndirilməsidir”.
Kəmalə Ağazadə insan alverinə qarşı mübarizədə polis, icra hakimiyyəti və qurumların əməkdaşlığının mütləq olduğunu deyib: “İnsan alveri qurbanı olan ehtimal olunan qurbanların əksəriyyəti Səbail rayonundan gəlir. Halbuki onların sakinləri deyil. O ki, deyirsiniz e, dilənçiliklə məşğuldurlar, nə isə başqa işlə məşğuldurlar. Bu rayonun icra hakimiyyəti belə adamları ərazidə aşkarlayır. Yerdə qalan icra hakimiyyətləri komissiyalarının nümayəndələri ya bu uşaqları görmürlər, ya da görməzlikdən gəlirlər”.
Digər ictimai birlik və sığınacaq rəhbərləri də tədbirdə çıxış edərək, insan alveri ilə məşğul olan, uşaqları dilənçiliyə təşviq edən şəxslərlə bağlı təkcə hüquq-mühafizə orqanlarının yox, ictimaiyyətin özünün də mübarizə aparmalı olduğunu deyiblər.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi