İmişlidə qarşısına inək çıxan maşın dərəyə aşdı – 2 ÖLÜ, 1 YARALI
İmişli rayonunda baş verən qəzada iki nəfər ölüb, 1 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb.
Bəhrəmtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Nizami Məhərrəm oğlu Həsənovun idarə etdiyi Hyundai accent markalı 90 GM 961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza zamanı sürücü avtomobilin altında qalaraq ölüb. Avtomobildə olan Bəhrəmtəpə qəsəbə sakini, 14 yaşlı Məhəmməd Cəfər oğlu İsayev ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlər azyaşlının həyatını xilas edə bilməyiblər. Digər sərnişin, 1996-cı il təvəllüdlü İbrahim Etibar oğlu Məmmədov yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama