İmişlidə 9 naməlum şəhidə aid meyit qalıqlarının eksqumasiyasına başlanılıb
İmişlidə 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqların eksqumasiyasına başlanılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan və İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycanın Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli qərar qəbul edilib. Qərara uyğun olaraq “Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının eksqumasiyası nəzərdə tutulur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, cari il iyul ayının 23-də meyit qalıqlarının eksqumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, adı çəkilən qəbiristanlıqda 32 naməlum şəhid dəfn edilib. Bəzi vətəndaşlar fotoların köməyi ilə ailə üzvü olan şəhidləri tanıyıb və doğulduqları şəhər və rayonlara apararaq orada dəfn ediblər. Nəhayət, sistemsiz şəkildə görülən bu işlərin dövlət tərəfindən tənzimlənməsinə qərar verilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."