“İmamzadə”də Aşura - GƏNCƏDƏN REPORTAJ
Hər il olduğu kimi, bu il də Aşura günü “İmamzadə” kompleksində qanvermə aksiyası keçirilir. Gəlib qan verən əhali üçün hər cür şərait yaradılıb.
Saat 09:00-dan başlayan qanvermə aksiyasında şəhər rəhbərliyi, millət vəkili, ictimaiyyət nümayəndələri iştirak edib. Prosesdən əvvəl aksiya iştirakçılarının tibbi yoxlanışdan keçməsinə isə xüsusi nəzarət edilib. Aksiyada günorta saatlarına qədər 275-dən çox könüllü iştirak edib. Onlara 56 nəfərlik tibbi heyət xidmət edib.
Xatırladaq ki, Gəncə şəhərində hazırda 78 nəfər aktiv talassemiya xəstəliyindən əziyyət çəkən var ki, onlara ay ərzində iki dəfə qan köçürülür. Aksiya bu gün saat 18:00-da yekunlaşacaq. Ümumilikdə isə 40 gün ərzində istənilən şəxs Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşaraq aksiyaya qatıla bilər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."