İki saatlıq icazə alıb Bakıdan Qubaya istirahətə getdilər - MAŞINDAN NARKOTİK ÇIXDI
İstirahət üçün şimal bölgəsinə gedən şəxslərin avtomobilindən narkotik maddə aşkar edilib.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Bakı şəhər sakinləri Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai” markalı maşınla Bakı-Quba istiqamətində hərəkətdə olan zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu ərazisində quraşdırılan müvəqqəti stasionar postda saxlanılıblar.
Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsilə ərzaq almaq üçün 2 saatlıq icazə alıb, istirahət etmək məqsədilə şimal bölgəsinə getmək istəyiblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli aparıblar. Bu zaman onların üzərində və nəqliyyat vasitəsində axtarış aparılıb və üç kibrit qutusunda marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan Mustafa Əsgərov istintaqa ifadəsində əməlini etiraf edib: “Xaçmaza gedəndə polis bizdən şübhələndi. Maşınımızı axtaranda bir qutu marixuana tapdı”.
Murad Quliyev narkotik vasitəni avtomobildə gizlətdiklərini bildirib: “Bazar günü idi. İstirahət üçün şimal bölgəsinə gəldik. Gələndə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları bizi saxladılar. Bizim üstümüzdən marixuana tapdılar. Maşında gizlətmişdik”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı