İki nəfər naməlum şəxs mağazadan oğurluq edib, oğurluq anı kameralara düşüb - Bakıda
Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən “Ailə” marketdən səhər saat 5 radələrində oğurluq edilib. Bu oğurluq hadisəsi isə müşahidə kameralarının obyektinə tuş gəlib. Belə ki, görüntülərdən aydın olur ki, iki naməlum şəxs əvvəlcə mağazanın çöl qapısını çalışır. Müxtəlif alətlərdən istifadə edən şəxslər bu istəyinə nail olur. Sonra isə içəri daxil olaraq kassadan olan 850 manat pulu oğurlayıblar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Əl izləri götürülüb.
Odur ki, həmin şəxsləri tanıyanlar varsa Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
17:47
1167
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1043
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1040
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
910
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
871
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
885