İki minik maşını toqquşdu – BİR NƏFƏR ÖLDÜ, YARALILAR VAR
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, paytaxtın Nəsimi rayonunda "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, "Toyota" markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi "Mercedes"lə toqquşub. Zərbənin gücündən "Mercedes" markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.
İlkin məlumata görə, hər iki avtomobildə olan ümumilikdə 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub