İki maşın toqquşdu: 3 ölü, 3 yaralı - SABİRABADDA

 

Sabirabadda ağır yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza avqustun 15-də, səhər saat 7:20-də, rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. İmişli rayonunun Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlunun idarə etdiyi “Kia” markalı avtomobillə Saatlı rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlunun idarə etdiyi “Volqa QAZ 24” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Volqa”nın sürcüsü ilə “Kia”da olan sərnişinlər - İmişli sakinləri, 1961-ci il təvəllüdlü Əliyev Sərxoş Əlizadə oğlu hadisə yerində, 1961-ci il təvəllüdlü Muradova Səmayə Balaxan qızı isə Şirvan Mərkəzi Xəstəxanasında keçiniblər. “Kia”nın sürücüsü və sərnişinləri, İmişli rayon sakinləri - 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğlu Sabirabad Mərkəzi Rayon Xəstəxanasına, digər sərnişin - İmişli rayonu Xəlfəli kənd sakini, 2000-ci il təvəllüdlü Novruzov Haqverdi Seyran oğlu Şirvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR