İki avtomobil toqquşdu, 7 nəfər xəsarət aldı - SUMQAYITDA
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı, Əlizadə Rövşən Babək oğlu, Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğludur
Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"