“İkarus” piyadanı vurub öldürdü - MAGİSTRALDA

Hacıqabul rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 2-də axşam saatlarında qeydə alınıb.

Rayonun Padar qəsəbəsi ərazisində “İkarus” markalı 10 EZ 408 dövlət nömrə nişanlı sərnişin avtobusu təxminən 30-35 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə ölüb. Meyit müayinə olunmaq üçün Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə verilib.

Hadisənin üstündən 12 saat keçməsinə baxmayaraq, ölənin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR