İdarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - BAKIDA
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA Tv-nin məlumatına görə, qəza İlqar Musayev küçəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücünün yüngül xəsarət aldığı bildirilir.
Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
531
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
527
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
506
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
320
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
317
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
326