İçərişəhərdə yaşayış binasında partlayış oldu – YARALILAR VAR
İçərişəhərdə yerləşən yaşayış binasında partlayış baş verib.
APA TV-nin xəbərinə görə, partlayış nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.
Partlayış zamanı evin dəhlizinin tavan hissəsində 3 kv. m sahədə dağıntı əmələ gəlib.
Hadisə nəticəsində 72 yaşlı ev sahibi Vaqif İsmayılov, gəlini Səidə İsmayılova, nəvələri 14 Yaşlı Rəvan və 18 yaşlı Fərid xəsarətlə xəstəxanaya yerləşdirilib. Ev sahibinin oğlu Ceyhun İsmayılovun xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata əsasən, hadisə nəticəsində 1 ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparılıb, 1 nəfərə isə yerində ambulator yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR
19:48
402
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
399
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
375
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
305
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312