Hulusi Akar Zakir Həsənova başsağlığı verdi
Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində 3 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı azərbaycanlı həmkarı Zakir Həsənova başsağlığı məktubu göndərib.
APA Anadolu Agentliyinə istinadən məlumat yayıb ki, “Əziz qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının ağrılarını ürəkdən hiss etdiyini bildirib.
Nazir Türkiyə və Azərbaycanın "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğunu bildirib:
“İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla yanında olmağa davam edəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarının, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq".
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər