Hulusi Akar: “Terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının cəsədini aşkarladıq”
“Türkiyə Silahlı Qüvvələrinin (TSK) İiraqın şimalında yerləşən Qara bölgəsində PKK terrorçularına qarşı başlatdığı “Pençe Kartal-2” əməliyyatında 3-ü “yüksək səviyyəli səlahiyyətli”lər olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirlib”.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar “Pençe Kartal-2” Hərəkatı haqqında açıqlama verərkən bildirib.
H.Akar deyib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.
“Beləcə terrorçuların xain və qatil üzü ilə bir daha sübut edildi” deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay, Türkiyə PA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fəxrəddin Altun, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Azərbaycanın XİN başçısı Ceyhun Bayramov 13 Türkiyə vətəndaşının şəhid olması ilə əlaqədar başsağlığı veriblər.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar