Hulusi Akar şəhid barədə danışarkən kövrəldi
“Türkiyədə bir təlim zamanı Baş leytenant Valeh Məmiyevlə danışmışdım. Demişdim ki, bu təlimlər əhəmiyyətlidir, amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir, sənin vəzifən budur. O da söz vermişdi”.
APA TV-nin məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.
Mətbuat konfransında kövrələn H. Akar deyib ki, V. Məmiyev Vətən müharibəsində yaralanıb: “Yaralanan zaman da xəstəxanada “Verdiyim sözü yerinə yetirdim” deyib. Bu, gerçəkdən də bizim üçün böyük xatirədəir”.
Qeyd edək ki, Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Oktyabrın ayının 23-də isə aldığı yaradan şəhid olub.
OXŞAR XƏBƏRLƏR
21:57
325
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
382
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
379
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1142
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1150
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1698