Hulusi Akar: “Ermənistan qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə düçar olub”
“Sonuna qədər azərbaycanlı qardaşlarımızın yanındayıq və yanlarında olmağa davam edəcəyik”.
APA TV-nin yerli bürosunun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
“Terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan cəbhədə qəhrəman Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətə uğrayan kimi, əvvəlcə “qara piar”a əl atdı. Hər şeyin yalan olduğu çox qısa müddətdə ortaya çıxdı. İndi də barbarlıqla günahsız mülki əhalinin yaşadığı bölgələri hədəf seçirlər. Ermənistan bu şəkildə müharibə cinayəti törədir. Bunu hamı bilməlidir. Eyni zamanda, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu sifətini görməli və işğal edilən torpaqların həqiqi sahiblərinə qaytarılması üçün səy göstərməlidirlər”, - deyə Hulusi Akar vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"