Hövsan və Suraxanıda 18 evdən oğurluq edən keçmiş məhkumlar yaxalandı
Paytaxtın Suraxanı rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində oğurluq edən, əvvəllər məhkum olunmuş paytaxt sakinləri, Samir Abdullayev və Hüseynağa Bağırov tutulub.
Araşdırma zamanı Samir Abdullayevin Hövsan qəsəbəsində 10, Hüseynağa Bağırovun isə Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
1049
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1095
Növbəti köç karvanları yola salınıb
13:38
1111
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
941
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1071
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2980