“Hökumət bu istiqamətdə ciddi islahatlara, hətta Konstitusiya islahatlarına getməlidir”
“Hamımız bilirik ki, bələdiyyələr ölü doğulub”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, əsas məqsəd bələdiyyələrin problemini həll etmək deyil: “Bu məqsəd olsaydı, bələdiyyələrin səlahiyyəti müəyyən edilərdi. Yerli icra hakimiyyətləri də deyir ki, bizim nə səlahiyyətimiz var ki, onu da bələdiyyəyə verəsiniz?! Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərini də mərkəzi icra hakimiyyəti orqanları əlindən alır. Ciddi islahatlar aparılmalı, səlahiyyətlər bölüşdürülməlidir. O vaxt Avropa təşkilatları bizdən tələb edirdi ki, bizdə də seçkili yerli icra orqanları olsun. Buna görə də Azərbaycanda bələdiyyələr yaradıldı. Hökumət bu istiqamətdə ciddi islahatlara, hətta Konstitusiya islahatlarına getməlidir. Bütün səlahiyyətlər mərkəzi icra hakimiyyətlərinin əlində cəmləşib. Problemin kökü bundan qaynaqlanır”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ