Hindistanda “yerli-gəlmə” söhbəti - POLİS ETİRAZ EDƏNLƏRİ GÜLLƏLƏYİR
Hindistanda polislə toqquşmada 3 aksiya iştirakçısı öldürülüb.
APA TV-nin “Reuterts”ə istinadən məlumata görə, Assam ştatında keçirilən aksiya Parlamentin miqrantlar barədə verdiyi qərara qarşı keçirilib.
Bundan əvvəl də adı çəkilən ştatda analoji məsələyə etiraz edən 3 nəfər həyatını itirib, 25 nəfər yaralanıb, onlarla insanı polis saxlayıb. Mərkəz Quvaxatidə komendant saatının tətbiq olunub, internetə müdaxilələr edilib. Assama əlavə polis və ordu qüvvələri yerləşdirilib.
Hindistan parlamenti vətəndaşlıq haqqında qanuna düzəlişlər edib. Düzəlişə əsasən, qonşu ölkələrdən - Əfqanıstan, Pakistan və Banqladeşdə təzyiq görən qeyri-müsəlman qaçqınlar Hindistan vətəndaşlığını sadələşdirilmiş qaydada əldə edə biləcək.
Assam sakinləri Banqladeşdən gələn yüz minlərlə vətəndaşın onların bölgəsində qanuni olaraq məskunlaşmasını istəmir.
Onlar hesab edir ki, bu, həyat şəraitini çətinləşdirəcək və kriminal hadisələr artacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək