Hikmət Mirzəyev, Zaur Cavanşir və Tehran Mənsimov mükafatlandırıldı
Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA TV xəbər verir ki, təltif olunan hərbi qulluqçular arasında Xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşir (Məmmədov) də var.
Hər iki general “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Bundan başqa, təltif edilənlər arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov da yer alıb. Polkovnik “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunması haqqında sərəncamlar imzalayıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub