Hikmət Hacıyev: "Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır"
"Diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə yeddinci səfəridir".
APA TV-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun Suqovuşan və Talışa səfəri ilə bağlı deyib.
Onun sözlərinə görə, bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.
H.Hacıyev bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplimatları sürətlə gedən yenidənqurma işləri ilə yanış etməkdir: "Post münaqişədən sonra yenidənqurma, bərpa, rekonstruksiya sürətlə həyata keçirilir. Bu, unikaldır".
Prezidentin köməkçisi qeyd edib ki, adətən digər dövlətlər münaqişədən çıxan ölkələrə kömək etsə də, Azərbaycan bu işi özü təkbaşına görür və bunu sürətlə hərtərəfli şəkildə həyata keçirir.
O deyib ki, bu ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlak dağıdılıb: "Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".
H.Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də diplomatların Tərtərə səfərləri olub: "Mən bunun üçün təşəkkür edirəm, bu, Azərbaycan xalqı ilə həmrəylik nümunəsi idi".
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
Türkmənistan Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib