Hikmət Hacıyev: “Gəncədə 7-dən çox mülki şəxs həlak olub, 33 nəfər ağır yaralanıb”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin Gəncəni atəşə tutması barədə “Twitter” hesabında yazıb.
APA TV-nin xəbərinə görə, onun sözlərinə görə, 3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var.
Prezidentin köməkçisi Ermənistanın azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizləndiyini qeyd edib.
Hikmət Hacıyev Ermənistan ordusunun Mingəçeviri hədəf alması ilə bağlı da paylaşım edib.
O, mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistanın yeni “Smerç” raketləri aldığını və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"