Həyətindən çıxan kişi vəhşi heyvanla üzləşdi və... - ZAQATALADA

ZAQATALA SAKİNİNİ ÇAQQAL DİŞLƏYİB Zaqatalada səhər tezdən işə gedən 43 yaşlı kişiyə çaqqal hücum edib. APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, rayonun Mosul kənd sakini, 1976-cı il təvəllüdlü Həzrətəli İslam oğlu Rəşidov çaqqal dişləməsi xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Tibb müəssisəsindən bildirilib ki, H. Rəşidov həyət qapısından küçəyə çıxan zaman çaqqalın hücumuna məruz qalıb. H. Rəşidova hücum edən çaqqal onun döş qəfəsinin sol nahiyəsini dişləyərək xəsarət yetirib. H. Rəşidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub. H. Rəşidov həkim nəzarətində olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR