Həyətindəki istixanada görün nə əkib-becərirdi
Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ