Həyətində narkotik yetişdirən şəxs: “Qurudub çəkirdim”
Samuxda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Samux Rayon Polis Şöbəsinə Qarayeri qəsəbə sakini, 42 yaşlı Fərhad Bağırovun yaşadığı evin həyətində narkotik vasitələr əkib becərməsi barədə məlumat daxil olub.
Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları alim-aqronomların iştirakı ilə Bağırovun yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı evin həyətindən aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 11 ədəd çətənə kolu, eləcə də həmin kollardan yığılaraq qurudulmuş külli miqdarda marixuana aşkarlanıb.
Müstəntiq İslam Mehtiyevin sözlərinə görə, ümumi çəkisi 19 kiloqram 850 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilib və həmin həyətyanı torpaq sahəsindən yeri hesab edilən anbardan ümumi çəkisi 1 kiloqram 500 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan Fərhad Bağırov aylardır narkotik əkib becərdiyini etiraf edib. O, narkotik vasitənin toxumlarını çay kənarından tapdığını və şəxsi istifadəsi üçün əkib becərdiyini deyib: “Qarayeri sovxozundan keçən çayın sahilindən narkotik tərkibli çətənə kolu ilə rastlaşdım. Oradan həmin kolun toxumundan əldə edib həyətimdə becərdim. Becərdiyim çətənə kollarının yarpağından qurudub çəkirdim”.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Günahı sübuta yetirilərsə, bu, Fərhad Bağırovun ilk məhkumluğu olacaq.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."