Həyətində narkotik yetişdirən Qax sakini tutuldu
Qaxda həyətində narkotik becərən şəxs tutulub.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 57 yaşlı Hikmət Dəmirçiyev saxlanılıb.
Onun şəhər ərazisindəki yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman tərəvəz bitkiləri əkilən ərazidə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 26 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1610
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1611
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1666
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1397
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1979
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2007