Həsrət bitdi: Bu gün əfv olunan kimlərdir?
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası həyata keçirilib.
APA TV xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində olduğu kimi, 12 və 13 saylı müəssisələrdə də əfv sərəncamı icra olunub.
Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə müəssisəsindən 1 nəfər azadlığa buraxılıb, digər bir məhkumun cəzası yarıya endirilib. 13 saylı Cəzaçəkmə müəssisəsində isə sərəncam 16 nəfərə şamil olunub və 12 məhkum azadlığa buraxılıb. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası yarıya endirilib.
Qeyd edək ki, Prezidentin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub. 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib. 3 şəxs şərti məhkum etmədən azad olunub. Bundan başqa, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub. Əfv olunan şəxslər arasında 3 nəfər jurnalist və bloqer, 3 nəfər siyasi partiya üzvü var. Əfv Sərəncamı 2018-ci il 10 iyul tarixində Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən 20 nəfərə də şamil olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi