Hesablama Palatası koronavirusla mübarizəyə xərclənən pulla bağlı yoxlama aparır
Azərbaycanda yeni növ koronavirus (“COVİD-19”) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirləri üçün icra edilmiş vəsaitlərin auditi aparılır.
APA TV-nin məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
V. Gülməmmədov deyib ki, həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsinin aktual bir məsələdir. Bu baxımdan Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait xərclənib.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar