Heroinlə tutuldu, oğurluq etdiyi də məlum oldu
Lənkəranda 8 mağazadan oğurluq edən rayon sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüqar Heydərov yaxalanıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə Vüqar Heydərovun oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
OXŞAR XƏBƏRLƏR
21:57
252
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
308
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
302
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1136
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1145
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1693