Hərbi hissədə hərbi təlim toplanışı başa çatıb
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.
APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.
Toplanışda fərqlənən hərbi vəzifəlilər təltif olunduqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
21:57
351
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
407
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
404
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1143
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1151
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1700