Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib.
APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbəre verir ki, senariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub.
Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
16:29
312
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
322
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
928
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
921
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
872
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1744