Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.
Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.
Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
18:20
723
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1314
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1323
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1451
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1581
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1539