Hərbi Dəniz Qüvvələrinin bazasında XÜSUSİ GÜN
Hərbi Dəniz Qüvvələrinin bazasında “Milli Qurtuluşdan zəfərə doğru” adlı tədbir keçirilib. Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin nümayəndələri, Müdafiə nazirliyinin rəsmiləri, hərbi qulluqçuların ailələri iştirak edib.
15 İyun - Milli Qurtuluş günü münasibətilə təşkil edilən tədbirdə 1993-cü ildə baş vermiş hadisələrlə bağlı ətraflı məlumat verilib, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı misilsiz xidmətləri xüsusi qeyd olunub. Bildirilib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn dahi rəhbər Azərbaycanı parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas edərək müstəqilliyimizi qoruyub və möhkəmləndirib. Məhz onun müdrik siyasətinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz dünya birliyinin nüfuzlu üzvünə, regionun liderinə çevrilib.
“Milli Qurtuluşdan zəfərə doğru” adlı tədbir möhtəşəm konsert proqramı ilə başa çatıb.
Semral Cavad,
Kamran Namazov,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi