Həmyerlisinin qulağını kəsən şəxs saxlanıldı
Balakəndə həmyerlisinin qulağını kəsən şəxs saxlanılıb.
APA-nın şimal-qərb bürosu xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmyerlisinin bədəninə bıçaqla xəsarət yetirib qulağını kəsən şəxsin Balakən şəhər sakini 31 yaşlı İsrafil Seyidov olduğu məlum olub.
Keçirilmiş tədbir nəticəsində İsrafil Seyidov saxlanılıb. Hadisə zamanı işlətdiyi bıçaq ondan maddi sübut kimi götürülüb, izahatı alınıb.
Qeyd edək ki, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi