"Heç bir yəhudi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək" – Ermənilərdən təhdid
"Ermənistanın Azadlığı Naminə Erməni Gizli Ordusu" adlı terror təşkilatının gənclər qanadı bütün dünyada yəhudiləri yeni hücumlarla hədələyir. Bu barədə “caliber” saytı məlumat yayıb. Bildirilib ki, təşkilat oktyabrın 3-də İrəvanda yerləşən sinaqoqa vəhşicəsinə hücum edib. Bəyanat yayan təşkilat bildirib ki, tezliklə daha genişmiqyaslı əməliyyatlar olacaq.
“İlk hücum İrəvandakı Dünya Yəhudi Mərkəzinə qarşı uğurlu əməliyyat oldu. Yəhudilər Ermənistan dövlətinin və erməni xalqının andlı düşmənləridir. Bu xəbərdarlıqdır: İrəvanda oktyabrın 3-də uğurlu əməliyyatımız hələ başlanğıcdır. Hər bir ravvin bizim baxış sahəmizdə olacaq", deyə təşkilatının bəyanatında deyilir.
Bəyanatda o da qeyd olunub ki, ASALA birbaşa olaraq Avropa, Amerika, Kanada və Gürcüstanda da israilli yəhudilərə qarşı müharibə elan edəcək.
Qeyd edək ki, təşkilat üzvləri oktyabrın 3-də İrəvandakı yəhudi məbədənin şüşələrini qırıb, divarlarına qırmızı maye töküb videoya çəkiblər. ASALA təşkilatı həmin videonu sosial şəbəkə hesablarında paylaşıblar.
Fuad Sadıqov
APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi