Həbslər davam edir: Daha bir polkovnik TUTULDU
Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Cəlal Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O, 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.
Qeyd edək ki, Cəlal Kazımovun saxlanılması ilə bağlı xəbəri ilk olaraq Lent.az saytı yazıb.
OXŞAR XƏBƏRLƏR
16:29
312
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
323
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
928
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
921
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
872
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1744