Həbsdə olan sabiq icra başçısının vəziyyəti ağırdır
İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev koronavirusa yoluxub.
APA TV-nin əldə etdiyi məlumata görə, sabiq icra başçısının COVID-19 xəstəliyi ilə bağlı verdiyi analizin cavabı pozitiv çıxıb.
V.Hacıyev Ədliyyə Nazirliyinin ixtisaslaşmış Müalicə müəssisəsinə köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Vilyam Hacıyevin cinayət işi üzrə dünən keçirilməli olan məhkəmə prosesi təxirə salınmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Azər Paşayev bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə sabiq icra başçısının səhhətinə görə prosesdə iştirak edə bilməməsi ilə bağlı bildiriş göndərilib. Vilyam Hacıyevin 37.4 dərəcə temperaturu olub və ağciyərinin hər iki tərəfində pnevmoniya əlamətləri müşahidə edilib.
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI