Həbs olunan futbolçular azadlıqda - MƏHKƏMƏ QƏRARI

Rusiyanın “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev azadlığa buraxılıb.

 

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, məhkəmə futbolçuların vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətini müsbət cavablandırıb.

 
A.Kokorinin qardaşı Kirill də azadlığa buraxılıb. Məhkum olunanlar Belqorod vilayətindəki koloniyanı 10 gündən sonra, məhkəmənin qərarı qüvvəyə minəndə tərk edəcəklər.

 

Qeyd edək ki, ötən il oktyabrın əvvəlində Aleksandr Kokorin, Pavel Mamayev və Kirill Kokorin, həmçinin onların dostu Aleksandr Protasovitski Moskvada iki davada iştirak edib. Nəticədə məmur Denis Pak, sürücü Vitali Solovçuk və “NAMİ”nin baş direktoru Sergey Qaysin xəsarət alıb.

Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, digərlərinə 1 il 5 ay həbs cəzası verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR