Həbib rəqibi ilə göz-gözə gəldi: “Allah köməyim olacaq”
Qaydasız döyüş üzrə Rusiya bayrağı altında çıxış edən Həbib Nurməhəmmədov ABŞ-dan olan rəqibi Dastin Puarye ilə rinqə çıxmağa hazırlaşır. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, döyüş öncəsi hər iki qladiator Əbu-Dabidə tanışlıq məqsədilə üz-üzə gələrək əsəblərini imtahana çəkib. 30 yaşı olan hər iki idmançı ideal çəkidədir - 70,3 kq. Sentyabrın 7-də baş tutacaq qarşılaşmanın qalibi dünya çempionu adını qazanacaq. Dastin Puarye çempionluq titulunu Həbib Nurməhəmmədovdan almağa çalışacaq. Rusiyalı döyüşçünün aktivində qələbə ilə başa vurulan 27 qələbə var. Həbib bir dəfə də olsun, rinqi məğlub tərk etməyib. Amerikalı isə 25 qarşılaşmadan qalib, 5 döyüşdən zəif tərəf kimi ayrılıb. Buna baxmayaraq, o, daha iddialıdır. Dastin Puarye bütün kəmərləri əldə edəcəyini və müzakirəsiz çempion olacağını iddia edir. Dindarlığı ilə də tanınan Həbib Nurməhəmmədov isə Allahın ona kömək olacağına inandığını deyib. Qafqazlı titulunu özündə saxlayacağına əmindir və yenə tarix yazacağını bildirib. Qələbələrlə yanaşı, Həbib Las-Veqasda baş verən məşhur qalmaqalla da yaddadır. 2018-ci ildə o, məğlub etdiyi Konor Makqreqor, onun məşqçiləri və azarkeşləri ilə dalaşmışdı.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."