Hansı şərtlərlə xarici banklardan kredit götürə bilərik?
Bəzən ehtiyacımızdan, bəzən də vacib səbəblərdən kredit üçün banklara müraciət edirik. Ölkə daxilində banklardan kredit almaq şərtləri və imkanları məlumdur. Bəs əcnəbi banklara və ya kredit təşkilatlarına üz tutsaq, nəticəsi necə olar? İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, xarici banklardan kredit götürmə imkanı şəxsin hüquqi və ya fiziki olmasından asılıdır. Onun sözlərinə görə, fiziki şəxsin hər hansı xarici ölkədə biznes fəaliyyəti, qeydiyyatda olduğu ünvan, bank hesabı olmadığı təqdirdə bu mümkünsüzdür. Ekspert bir sıra beynəlxalq bankların Azərbaycan bazarına kredit verdiklərini qeyd edib. Ekspert dyeir ki, əsasən, sıradan şəxslərin deyil, beynəlxalq səviyyədə vəsaitlərin bank sektoru üzərindən ölkəyə cəlb edilməsi müşahidə olunur. Bunu da yalnız şəffaf maliyyə hesabatları olan şirkətlər edə bilər. Belə şirkətlərin isə dünyada fəaliyyət göstərən istənilən bank və ya kredit təşkilatından kredit götürmək imkanı var
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi